manera.az
manera.az

Türkiyədə 27 azərbaycanlının kitabı nəşr olunub

📅 25.12.2018 12:54

Türkiyədə 27 azərbaycanlının kitabı nəşr olunub
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunan razılığa əsasən, bu günə qədər klassik və müasir dövr olmaqla 27 azərbaycanlı müəllifin 38 adda kitabı tərcümə və çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

Nazirlikdən bildirilib ki, nəşr olunan kitabların siyahısına 2 elmi, 16 bədii əsər və 20 uşaq ədəbiyyatı daxildir. Onların arasında Nizami Gəncəvinin “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Kərpickəsən”, Mirzə Ələkbər Sabirin “Təmsillər”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” I-II cild, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “İki rəssam”, İlyas Əfəndiyevin “Körpü salanlar”, Fərman Kərimzadənin “Qarlı aşırım”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” I-II cild, Cəfər Cabbarlının “Seçilmiş hekayələr” və digər əsərlər yer alır.

Layihəsi çərçivəsində 2 il yarım müddətində Azərbaycan kitablarının Türkiyədə tanıdılması işi uğurla davam etdirilib. Nəticədə Azərbaycan kitabının, ədəbiyyatının oxucusu günbəgün artmaqdadır. Gələcəkdə layihə üzrə Azərbaycan kitablarının tərcüməsi, çapı və yayılması işinin müxtəlif ölkələrdə də davam etdirilməsi planlaşdırılır.


Baxış sayı - 1 020 | Yüklənmə tarixi: 25.12.2018 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031