manera.az
manera.az

“Qılınc və qələm” romanı Türkiyədə nəşr olunub

“Qılınc və qələm” romanı Türkiyədə nəşr olunub
Yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

MANERA.AZ xəbər verir ki, roman qurumun dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində çap edilib.

Xatırladaq ki, yazıçının geniş oxucu kütləsi tərəfindən sevilən “Qılınc və qələm” romanında dahi Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycan ədəbi mühiti hərtərəfli əks olunub.

Romanda Nizami Gəncəvi ilə yanaşı, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi kimi sənətkarların bədii surətləri yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmanın – Nizami və Fəxrəddinin dialoqlarına geniş yer verilib.

Xatırladaq ki, bu günə qədər layihə çərçivəsində 10 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq türkiyəli oxuculara təqdim edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031