manera.az
manera.az

C.Cabbarlının hekayələri Türkiyədə nəşr olunub

📅 14.08.2018 14:32

C.Cabbarlının hekayələri Türkiyədə nəşr olunub
Mədəniyyət Nazirliyinin 2016-cı ildən reallaşdırdığı “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən bildirilib ki, bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub.

Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap edilən kitab türkiyəli oxucuların marağına səbəb olub.


Baxış sayı - 1 490 | Yüklənmə tarixi: 14.08.2018 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930