manera.az
manera.az

Qarabağla bağlı iki filmin təqdimatı olacaq

📅 23.12.2018 12:03

Qarabağla bağlı iki filmin təqdimatı olacaq
Dekabrın 24-də, saat 15:00-da “Holiday Inn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimat mərasimi olacaq.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Manera.az-a verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə həmçinin, “Cəbrayıl - virtual səyahət” 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.

MANERA.AZ


Baxış sayı - 987 | Yüklənmə tarixi: 23.12.2018 12:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031