manera.az
manera.az

“Cümhuriyyət tələbələri” filminin təqdimatı keçiriləcək

📅 27.05.2018 14:26

“Cümhuriyyət tələbələri” filminin təqdimatı keçiriləcək
Mayın 29-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cümhuriyyət tələbələri” adlı sənədli filmin təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilən ekran əsəri Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrə həsr olunub.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru Əminə Həsənli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.


Baxış sayı - 1 301 | Yüklənmə tarixi: 27.05.2018 14:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930