manera.az
manera.az

Qəşəm Nəcəfzadənin hekayələr kitabı çap olunub

📅 12.12.2018 10:15

Qəşəm Nəcəfzadənin hekayələr kitabı çap olunub
Şair Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” hekayələr kitabı çap olunub.

Manera.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında şair Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” hekayələr kitabı çap olunub.

Kitabın redaktoru və ön söz müəllifi yazıçı Kəramət Böyükçöldür. Kitaba toplanmış hekayələrin əsas qismi tərəkəmə həyatından bəhs edir. Tərəkəmə camaatının xarekteri, düşüncə və təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş mövzusudur.

Hekayələrdə yaşadığımız həyatın ürək çırpıntıları, müharibənin insan təfəkküründə açdığı yaralar təsvir olunur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana yardım etmək, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq və hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

MANERA.AZ


Baxış sayı - 1 462 | Yüklənmə tarixi: 12.12.2018 10:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930