manera.az
manera.az

Qəşəm Nəcəfzadədən uşaqlar üçün yeni kitab

📅 01.05.2017 12:42

Qəşəm Nəcəfzadədən uşaqlar üçün yeni kitab
Qəşəm Nəcəfzadənin uşaqlar üçün yazdığı “Çiçəkli xalça” şeirlər kitabı TEAS PRESS nəşriyyatında rəngli illüstrasiyalarla çap olunub.

Ön sözün müəllifi filologiya elmləri doktoru, professor, görkəmli uşaq yazıçısı Zahid Xəlil, illüstrasiyaların müəllifi rəssam Asəf Kərimovdur.

Kitaba kiçik yaşlı uşaqlar üçün yazılmış şeirlər toplanıb. Təbiətə, bitkilərə, canlılara həsr olunmuş şeirlərdə uşaqların ətraf mühiti necə kəşf etməyi, bütün gördükləri ilə maraqlanmağı və böyüklər üçün adi görünən hər şeyə diqqətlə yanaşmağı öz əksini tapıb.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.


Baxış sayı - 1 703 | Yüklənmə tarixi: 01.05.2017 12:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031