manera.az
manera.az

Hamlet Qurbanovun xatirəsi anılıb

📅 04.12.2018 13:14

Hamlet Qurbanovun xatirəsi anılıb
Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Manera.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.

Görkəmli sənət adamlarının, ziyalıların və sənətkarın doğmalarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Gülxar Həsənovanın və Hamlet Qurbanovun yaradıcılıq yoluna həsr edilmiş fotosərgi ilə tanış olublar.

Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Ağakişi Kazımov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə çıxış edərək sənətkarların həyat və yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə G.Həsənovanın və H.Qurbanovun ifa etdikləri tamaşa və filmlərdən videogörüntülər nümayiş olunub.

MANERA.AZ


Baxış sayı - 1 093 | Yüklənmə tarixi: 04.12.2018 13:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930