manera.az
manera.az

Xalq Artisti Lütfi Məmmədbəyovun xatirəsi gecəsi keçirilib/MANERA.AZ

Xalq Artisti Lütfi Məmmədbəyovun xatirəsi gecəsi keçirilib/MANERA.AZ


Fevralın 23-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Tədbirdə Dövlət Akademik Milli Dram Teatrının direktoru,Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Azərpaşa Nemətov unudulmaz aktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
Azər Paşa Nemətov bildirib ki, "Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb. Böyük və şərəfli sənət yolunu keçən aktyor Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır. O, 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edərək adı sənət tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Səhər”,və başqa filmlərdə yaratdığı bir-birindən maraqlı obrazlarla tamaşaçı qəlbində iz buraxıb."

Daha sonra Mədəniyyət və Turizm nazirinin müavini professor Ədalət Vəliyev çıxış edərək aktyorun həyat və yaradıcılığından danışıb.
Ədalət Vəliyev bildirib ki, "Lütfi Məmmədbəyov Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmaqla yanaşı, hər zaman klassik teatr sənəti ideallarına sadiq qalaraq, quruluş verdiyi tamaşalarda əsas diqqəti əsərin ali qayəsini bütün çalarları ilə tamaşaçıya çatdırmağa yönəldib. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir.
L.Məmmədbəyovun məharətlə yaratdığı və öz təbiiliyi ilə seçilən obrazları sənətşünaslar, eləcə də minlərlə tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanıb. Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra mükafatlara və fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib."

Tədbir çərçivəsində Xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı,Bəsti Cəfərova,Məleykə Əsədova,İlham Namiq Kamal və Ramiz Məlik L.Məmmədbəyovun böyük teatr və kino xadimi, qayğıkeş insan, əvəzsiz müəllim kimi xatırlayıblar, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.Tədbirin sonunda L.Məmmədbəyoun oğlu ailəsi adında tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin gedişatında Lütfi Məmmədbəyovun həyat və yaradıclığı haqqında fotoslyad və sənətkarın rol aldığı və qurluş verdiyi tamaşalardan fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutan anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.


Xalq Artisti Lütfi Məmmədbəyovun xatirəsi gecəsi keçirilib/MANERA.AZ


Xalq Artisti Lütfi Məmmədbəyovun xatirəsi gecəsi keçirilib/MANERA.AZ



Turan Etibaroğlu
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031