Türk filmləri həftəsinin mətbuat konfransı keçirilib

23 noyabr 2018-ci il saat 11.00-da Nizami Kino Mərkəzində "IV Türk Filmləri Həftəsi"nə dair türk aktyorları və rejissorlarının iştirakı ilə mətbuat konfransı keçirilib.
Manera.az xəbər verir ki, film həftəsinin baş koordinatoru Öner Kılıç jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, beş türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirlməsi məqsədi daşıyır.
Qeyd edək ki, film həftəsinin ilk günü – noyabrın 23- də, saat 20:00-da Nizami Kino Mərkəzində “Güllər” filminin qala-gecəsi reallaşacaq.
MANERA.AZ