manera.az
manera.az

Bakıda Rusiya film həftəsi keçiriləcək

Bakıda Rusiya film həftəsi keçiriləcək
Sentyabrın 7-dən 10-dək Bakıda Rusiya film həftəsi keçiriləcək. Nizami Kino Mərkəzində reallaşacaq kino həftəsi Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunacaq. Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Nizami Kino Mərkəzindən MANERA.AZ-a bildirilib ki, açılış mərasiminin rəsmi hissindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmuş fentezi janrında çəkdiyi "Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, kino günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın, Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında ekranlaşdırdığı "Kilimandjara”, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi "Trener”, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi "Salyut - 7” bədii filmləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18:30-da mərkəzin böyük zalında başlayacaq.

Nümayişlərə giriş sərbəstdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031