Almatıda "Türk film həftəsi" başladı...
22 dekabr 2017-ci ildə Türk kinosunun Almatıya səfəri başladı.
Manera. az xəbər verir ki, Almatı Türk Filmləri Həftəsi çərçivəsində mədəni tədbirlərlə yanaşı, film nümayişi və müsahibələr nəzərdə tutulub.
Həftəyə Türkiyədə bütün zamanların ən çox izlənilən filmləri arasına adını yazdıran "Ayla" filmi "Almatı Türk Filmləri həftəsi"nin açılış filmi oldu.
Tamaşaçılar, elə də Qazax kinematoqrafların iştirak etdiyi açılış mərasimi "Sezar" kinoteatrında baş tutdu. Nümayiş etdirilən "Ayla" fiımi gecədə duyğulu anların yaşanmasına səbəb oldu.
TC Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yerli Düşüncə Dərnəyinin təşkil etdiyi "Almatı Türk Filmleri həftəsi"nin açılışına Prezidentin baş müşaviri və Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu, AK Partiya Ordu Millət vəkili və Yerli Düşüncə Dərnəyinin başçısı Mətin Gündoğdu, Türkiyə Respublikası Almatı Baş konsulu Rıza Kağan Yılmaz və həyat yoldaşı, TC Mədəniyyət və Turizm Nazirliyi Kino şöbənin müdiri Azer Göytaş və çox sayda dəvətli qatıldı.
Açılış mərasimində çıxış edən Yalçın Topçu Türkiyədə böyük əks-səda yaradan və gerçək bir hekayədən bəhs edən "Ayla" filmi haqda danışdı.
Baş konsul Rza Kağan Yılmaz da bir həftə ərzində bir-birindən qiymətli kino əsərlərinin Qazax kinosevərlərə təqdim ediləcəyini xatırladaraq bu fəaliyyətlərlə birlikdə iki qardaş ölkə, Türkiyə və Qazaxıstan arasındakı köklü könül körpüsünün daha da möhkəmlənəcəyini ifadə etdi.
AK Partiya Ordu Millət vəkili və Daxili Düşüncə Dərnəyi başçısı Mətin Gündoğdu, hadisənin reallaşmasında əməyi keçən sponsorlara minnətdarlığını dilə gətirərək, bu ata-baba vətənləri ortaq ənənələri bir-birinə kino kimi mədəni fəaliyyətlərlə daha tanıdılacağını söylədi.
Xatırladıldı ki, festival 5 gün davam edəcək.
Türk Kino Həftəsi baş koordinatoru Öner Kılıç ayrıca həftə ərzində "Dünyadakı Kokuların ən yaxşısı", "Dağ 2", "Koca haqqında söhbət" və "Koca ilə söhbət" filmlərinin də Qazaxıstandakı kinosevərlərə həftə ərzində pulsuz olaraq göstəriləcəyini söylədi.
O qeyd etdi ki, film istehsalçıları, direktorlar və aktyorlar həftə ərzində Qazaxıstandakı universitetlərdə təşkil olunacaq tədbirlərə qatılaraq, film sahəsindəki yeniliklərdən danışacaqlar.
Sonda qeyd edim ki, festivala 27 dekabrda "Dağ 2" filmi ilə yekun vurulacaq.
Şəhla,
Almatı-Bakı,
Manera.az.
MANERA.AZ festivaldan görüntüləri təqdim edir: