Ədəbiyyatda dəxlisiz adamlar... Yadplanetlilər, Yazıqlar...
Son vaxtlar oxucular ədəbi mühitdə “dəxlisiz” imzaların tüğyan etdiyini bildirirlər. Bunu nəzərə alıb sorğu keçirdik. “Ədəbiyyata dəxli olmayanları başqa cür necə adlandırardınız?” sualı ilə bir neçə yazar və söz adamlarına müraciət etdik.
Jurnalist Ağa Cəfərli qısa olaraq belə adamları “bezdarnı” adlandırmağı uyğun bildi.
Türkoloq, alim Elçin İbrahimov: “Elə adamlar məncə yoxdur, vardısa bu ədəbiyyatın çoxşaxəliliydir ki dəxli olmayanlar da orda özünü sınayır...”
Şair, tənqidçi Çalğın Muhamməd: “Mən həmişə elə adamları ədəbiyatçı yox bəlkə ədəbiyyat dəllalları adlandırmışam... Onlara ədəbiyat bir materialdır ki onunla ya pula ya özlərini göstərməyə ya da muxalif cinslərin qarşısında öz cinsi güclərini nümayiş etdirməyə çalışırlar. Belə adamların əsərləri özlərindən tez ölür.Həqiqi ədəbiyatçılar ölürlər ki, əsərləri yaşasın. Həqiqi əsər yazarını öldürür, özünü yaşadır”
Şair Anar Məcidzadə: “Yadplanetlilər” cavabını verdi.
Jurnalist Tural İsmayılov qısa olaraq bu suala “Artıqlıq” cavabını verdi.
Jurnalist Pərviz Cəbrayıl suala qısa olaraq “Yazıqlar” cavabını verdi.
Yazar Nicat Həşimzadə: “Sözün açığı özümü ədəbiyyata kimin dəxli olub-olmamasına qərar verəcək məqamda görmürəm. Yaxşı olardı ki, bu işlə akademik ədəbiyyat təhsili olan peşəkar tənqidçilər məşğul olsun. Çox adam kitab yaza bilər, yazıçı olmaq sevdasına düşə bilər. Amma ədəbiyyat üçün zaman anlayışı yoxdur. Bir dəfə bir sayt mənə sual vermişdi ki, "sizin ədəbiyyata dəxliniz varmı" Mənsə bu suala "bilmirəm" cavabını verdim.”
Tural Cəfərli
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR