manera.az
manera.az

Dara düşüb dar ağacı - ŞEİR | MANERA.AZ

📅 24.08.2015 12:53

Dara düşüb dar ağacı - ŞEİR | MANERA.AZ


Emin Akif

Bu kəndir qol boğur məni
Boğazımdan sıxa-sıxa..
Azad olur azadlığım
Can bədəndən çıxa -çıxa...

Gözlərimdə yarpaq kimi
Həyat yolum solur gedir...
Deyirlər ki, qollarında
Günahsızın kitabı da
Günahlarla dolur gedir...

Bir yer var ki,
su yerinə canlar axır
al-verinin qızğın yeri.
Quzğun yeri, azğın yeri...
Dara düşüb dar ağacı...

Bir dəhşətli ağlaşma var
Xırıltılar qulaq deşir...
Qulağı kar ədalətin
Cəhənnəmə !
Axı , axı.
Görə bilir kar , ağacı...
Dar ağacı...

Arsız üçün , ar ağacı,
Yarsız üçün , yar ağacı,
Dar ağacı dar ağacı....

Anaların , bacıların
Göz yaşları kökündədir..
Dar ağacı, günahların
Anaların o ağarmış
Saçlarının tükündədir...
Bəsdir artıq günahını
Alma daha adamların...

Anaların naləsini , ahını...
Alma daha ...
Adamların bü gününü, sabahını
Alma daha
Son aldığın can mən olum
Özüm gəldim ayağına
Canımı al , dar ağacı...
Çox veriblər salam sənə
Xırıldayıb söyləyirəm
Salamat qal dar ağacı !

Son nəfəsdə bir arzum var
Adamsız qal , adamsız qal.
Görüm səni ömür boyu
Salamsız qal, salamsız qal.

Canımı al , dar ağacı....
Salamat qal , dar ağacı...

Manera.az


Baxış sayı - 3 123 | Yüklənmə tarixi: 24.08.2015 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031