manera.az
manera.az

“Kitab və onun gələcəyi” adlı tribunası təşkil olunub

📅 25.10.2018 11:17

“Kitab və onun gələcəyi” adlı tribunası təşkil olunub
Mütaliə problemlərinin mətbuatda və sosial şəbəkələrdə müzakirəsi layihəsi həyata keçirilib.


Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri və kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxananın oxucuları və istifadəçiləri arasında sosioloji sorğu keçirilir, fikir mübadiləsi aparılır, kitabxanada oxucular üçün sual-cavab guşəsi də yaradılıb.

Növbəti önəmli addım isə kitab və mütaliə problemlərinin müzakirəsi üçün “Kitab və onun gələcəyi” adlı tribunanın təşkilidir. Tribunada alimlər, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri, ziyalılar, fəal oxucu və istifadəçilər çıxış edirlər. Burada müsahibələr və diskussiyalar, “dəyirmi masa”lar, söhbətlər təşkil olunur.

“Kitab və onun gələcəyi” adlı tribunası təşkil olunub

“Kitab və onun gələcəyi” adlı tribunanın növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, uşaq yazarı Mina Rəşiddir.
Kitabxanada hazırlanmış müsahibəni oxucuların diqqətinə təqdim edirik. Müsahibənin mətni Mərkəzi Kitabxananın veb saytında http://yasamal.cls.az/document/34747 yerləşdirilmişdir.

Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır.

Layihənin koordinatorları Aysel İsmayılova və Leyla Abdulrəhimovadır.

MANERA,AZ


Baxış sayı - 1 539 | Yüklənmə tarixi: 25.10.2018 11:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031