manera.az
manera.az

“Hər kitab yeni bir dünyadır” -SƏRGİ |MANERA.AZ

📅 31.08.2016 11:00

“Hər kitab yeni bir dünyadır” -SƏRGİ |MANERA.AZ

Göygöl şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə kitabsevərlər üçün “Açıq kitabxana günü” təşkil edib.

MANERA.AZ xəbər verir ki, bu məqsədlə kitabxananın qarşısında “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib.

Sərgidə kitabxananın daimi üzvləri ilə bərabər yeni üzvləri də iştirak ediblər.

Qeyd edək ki, balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük verirlər.


Baxış sayı - 1 418 | Yüklənmə tarixi: 31.08.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930