manera.az
manera.az

Ana dili gününə həsr olunmuş "dəyirmi masa"

📅 01.08.2018 16:22

Ana dili gününə həsr olunmuş "dəyirmi masa"
İyulun 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasnda 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

MANERA.AZ xəbər verir ki, kitabxananın direktoru A.Kərimova Azərbaycan dili günü münasibətilə əməkdaşları təbrik edib. O, ana dilimizi qorumaq yolunda kitabxanada bir çox işlər görüldüyünü bildirib. Qeyd edib ki, silsilə olaraq şeir müsabiqələrinin və tədbirlərdə tamaşaların təşkili zamanı nitq mədəniyyətinə xüsusi diqqət yetirilir.

Çıxış edənlər bildiriblər ki, oxucular mütaliə edib bitirdikləri kitabları kitabxanaya təhvil verərkən onları obrazlı şəkildə təhlil edirlər. Nağıl otağında ana dilimizdə cizgi filmləri və dilimiz haqqında video çarxlar daim nümayiş olunur.


Baxış sayı - 1 148 | Yüklənmə tarixi: 01.08.2018 16:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031