manera.az
manera.az

Kiyevdə Nizami Gəncəvi adına park salınacaq

📅 24.10.2018 14:05

Kiyevdə Nizami Gəncəvi adına park salınacaq
Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına park salınacaq.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşəbbüsü ilə Kiyev şəhər Dövlət Administrasiyası paytaxtın mərkəzi ərazilərindən birində Nizami Gəncəvinin adına parkın inşa edilməsi və orada Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi ilə bağlı müvafiq qərar qəbul edib. Parkda Nizami Gəncəvinin heykəlinin qoyulması da nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımızın kütləvi-mədəni tədbirlər keçirmələri üçün hərtərəfli şərait yaradılacaq.

Tikinti işlərinin yaxın aylarda başlanması nəzərdə tutulur.

MANERA.AZ


Baxış sayı - 1 632 | Yüklənmə tarixi: 24.10.2018 14:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930