manera.az
manera.az

Nizami Gəncəvinin aforizmləri Braziliyada təqdim olunub

📅 30.10.2017 12:00

 Nizami Gəncəvinin aforizmləri  Braziliyada  təqdim olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Azərbaycan-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarkenin dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin təşkilatçılığı ilə ortaq türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində Braziliya Milli Konqresində Nizami Gəncəvinin portuqal dilinə tərcümə edilmiş aforizmlərindən ibarət kitabın təqdimetmə mərasimi keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, "Zaman üzərindən bir körpü” adlı nəşrdə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən seçilmiş aforizmlər ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.

Tədbirdə parlamentarilər, diplomatik korpusun üzvləri, ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştirak ediblər.


Baxış sayı - 1 691 | Yüklənmə tarixi: 30.10.2017 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031