manera.az
manera.az

Kiyevdə Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi

📅 07.11.2017 23:14

Kiyevdə Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi
Ukraynada Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Gənclik Mərkəzində "UAGB-də əfsanələr canlanır” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, UAGB-nin rəhbəri İlhamə Allahverdiyeva qonaqları salamlayaraq Nizami Gəncəvinin dünya ədəbiyyatına böyük töhfə verməsini qeyd edib.

Bu layihə Azərbaycanın mədəni irsinə və Ukrayna ictimaiyyətini bu irslə tanış etməyə həsr olunmuş silsilə yaradıcılıq gecələri ilə davam edəcək.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyev bu təşəbbüsü və UAGB-nin Ukraynada Azərbaycan mədəniyyətinin populyarlaşdırılması üzrə ardıcıl iş aparmasını alqışlayıb və Ukraynada Nizami Gəncəviyə abidə qoyulmasının zəruri olduğunu qeyd edib.

Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev şəhər təşkilatının rəhbəri Vladimir Danilenko da tədbir iştirakçılarını salamlayaraq Ukrayna ilə Azərbaycan arasında mədəni mübadilənin zəruriliyini və əhəmiyyətini vurğulayıb. Ukraynanın Xalq Artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov Nizami Gəncəvinin sözlərinə bəstələnmiş "Sənsiz” romansını ifa edib.
Kiyevdə Nizami Gəncəviyə həsr edilmiş yaradıcılıq gecəsi
Poeziya gecəsi Nizami Gəncəvinin həyat və yaradıcılıq motivləri əsasında hazırlanmış, tədbir iştirakçılarını xəyalən Gəncənin orta əsrlər mühitinə aparan səhnələşdirilmiş tamaşa ilə davam edib.


Baxış sayı - 1 349 | Yüklənmə tarixi: 07.11.2017 23:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031