manera.az
manera.az

Rafiq Mehdiyevin xatirəsi anılacaq

Rafiq Mehdiyevin xatirəsi anılacaq
Oktyabrın 30-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

MANERA.AZ xəbər verir ki, “İz” layihəsi çərçivəsində reallaşacaq tədbirdə rəssamın həyat və yaradıcılığından söz açılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Tədbir çərçivəsində Rafiq Mehdiyevin bir sıra əsərlərinin təqdimatının keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Rafiq Mehdiyev 1933-cü il iyunun 10-da Şahbuz rayonunda anadan olub. 1948-1953-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, 1953-1958-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsində təhsil alıb.

Rafiq Mehdiyevin yaradıcılığında rus rəssamlıq məktəbinin böyük təsiri olub. Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssam Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkib.

Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimov “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib.

Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar. Rəssam dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələri yaradıb. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları uğurla təqdim edilib. R.Mehdiyev 1980-ci ildə Əməkdar rəssam, 1992-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031