manera.az
manera.az

Eldəniz Zeynalovun xatirəsi anılacaq

📅 25.10.2017 23:30

Eldəniz Zeynalovun xatirəsi anılacaq
Oktyabrın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti Eldəniz Zeynalovun 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

İdarədən MANERA.AZ-a bildirilib ki, Mərdəkan Mədəniyyət Evində reallaşacaq tədbirdə sənətkarın həyat və yaradıcılığından, kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq. Tədbir çərçivəsində sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə aktyorun ailə üzvləri iştirak edəcəklər.


Baxış sayı - 1 239 | Yüklənmə tarixi: 25.10.2017 23:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930