manera.az
manera.az

Pul nədir? - Məşhurların pul haqda fikirləri

📅 16.10.2018 11:14

Pul nədir? - Məşhurların pul haqda fikirləri
1. Oscar Wilde : Mən cavan olanda düşünürdüm ki, pul həyatda ən vacıb şeydir. İndi qocalmışam, başa düşürəm ki, bu həqiqətən də beləymiş.

2. Benjamin Franklin: Pul insanı heç vaxt xoşbəxt etməyib, heç etməyəcək də, pulun təbiətində xoşbəxtlik “istehsal etmək” yoxdur. İnsanın nə qədər çox pulu olsa o qədər də çox istəyir.

3. Mark Twain : Pulun yoxluğu bütün şərlərin kökləridir.

4. Coco Chanel : Adamlar var ki, pulu var və adamlar var ki, varlıdır.

5. Ayn Rand : Pul yalnız vasitədir, sən hara istəsən o səni aparacaq. Amma o heç vaxt səni öz “ sürücü” yerində oturtmayacaq.

6. Ayn Rand: Deyirsiniz ki, pul bütün şərlərin köküdür, bəs özünüzə sual vermirsiniz ki, pulun kökü nədir?

7. Aristotle Onassis: Əgər bu dünyada qadınlar olmasaydı dünyadakı bütün pulların heç bir mənası olmazdı.

8. Jonathan Swift: Müdrik adamın pulu onun başındadır, ürəyində yox.

9. Marsha Sinetar: Nəyi sevirsənsə onunla məşğul ol, bu halda pul özü sənin arxanca gələcək.

10. Andy Stanley: Xəsislik maliyyə problemi deyil, ürək problemidir.

11. Pablo Picasso: Mən çoxlu pulu olan kasıb adam kimi yaşamaq istərdim.

12. William Shakespeare: Nə borc alan ol, nə də borc verən

13. Sean O'Casey: Pul səni xoşbəxt etmir, əsəblərini sakitəşdirir.

14 . J. Paul Getty: Əgər pulunuzu saya bilirsinizsə milyard dollarınız yoxdur.

15. Mason Cooley: Sağlamlıq bədənimçün nədirsə pul da sosial movcudluğumçün odur

16. Kevin O'Leary: Pul azadlığa bərabərdir.

17. Lauren Hutton: Mən paltarlara heç vaxt çox pul xərcləmirəm.

18. Judy Garland : Mən pulsuz yaşaya bilərəm amma sevgisiz yox.

19. Lana Turner: O kişi xoşbəxtdir ki, arvadının xərcləyə biləcəyi qədər pul qazanır. O qadın da xoşbəxtdir ki, belə kişi tapa bilir.

20 . Kinky Friedman: Pulla it ala bilərsiniz, amma yalnız o itə məhəbbət onun quyruğunu yellədə bilər.

21. Warren Buffett: Birinci qayda: Heç vaxt pulunuzu itirməyin. İkinci qayda: Heç vaxt birinci qaydanı unutmayın

22. Arnold Schwarzenegger: Pul səni xoşbəxt etmir. İndi 50 milyonum var, amma mən 48 milyonum olanda necəydimsə indi də eləyəm.

23. Thomas Hobbes: Sözlər axmaqların puludur.

24. Benjamin Franklin: Üç sədaqətli dost var: qoca arvad, qoca it, hazır pul

25. Reba McEntire: Dünyadakı bütün pullar sağlamlığı geri qaytara bilməz.

26. Kevin O'Leary: Puldan ötrü ağlama, o heç vaxt səndən ötrü ağlamır

27. Benjamin Franklin: Əgər pulun dəyərini bilmək istəyirsənsə get bir az borc pul al

28. Thomas Jefferson: Pulu qazanmamışdan əvvəl onu xərcləməyə yer axtarma

29. Steve Wynn: Pul insanları xoşbəxt etmir, insanlar bir –birini xoşbəxt edir.

30. Pope Francis: Pul xidmət etməlidir, hökmranlıq yox.

MANERA.AZ


Baxış sayı - 3 009 | Yüklənmə tarixi: 16.10.2018 11:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031