“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara Rəbiqə Nazimqızı cavab verir.- Niyə varsan?- Yaradılışım məndən asılı olmayıb, davamına gəlincə, yaşamaq maraqlıdır.
-Niyə yox olacaqsan?- Bunu da Yaradan bilir.
-Niyə yazırsan?- Bəlkə, başqa heç nə bacarmıram deyə. Ya da darıxmayım deyə. Bilmirəm.
- Yaşamaq nədir?- Portağal ətri, yaz havası, payız sərinliyi, çiyələk mürəbbəsi, Günəş sarısı... hər şey...
- Ölüm nədir?- Bilmirəm. Bilmədiyim üçün bir az qorxuludur, bir az da... bunu qorxa-qorxa deyirəm... bir az da maraqlı...
- Ədalət nədir?- İnsan uydurması.
- Azadlıq nədir?- Bəlkə, ölüm, bəlkə də, heç o da deyil.
- Yaradıcılıq nədir?- Hər şey!
- İnsan kimdir?- İçində Nur olan bütün adamlar.
Tural İsmyılov,
MANERA.AZ
Baxış sayı - 2 106 |
Yüklənmə tarixi: 30.03.2017 20:07