Gənc yazarın kitabı təqdim edilib

Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsində gənc yazar Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, mərasimini giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açıb. Z.Rəxşanın tənqidçi, ədəbiyyatşünas, şair Əmin Abid Gültəkin və Əliabbas Müznib varisi olduğunu vurğulayan A.Buzovnalı Alyaska tarixinə səyahət edib. Z.Rəxşanı uzaqgörən yazıçı adlandıran sədr bildirib ki, əsərdə hadisələrə nəzər saldıqda, onu dünya üçün yazılan kitab hesab etmək olar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Soltan Əlizadə ədəbi-bədii gecəni yazıçıya arzuları ilə davam etdirib. Müəllifin uğurlarına addım-addım şahid olduğunu deyib.
Şair yaradıcı insan olmaqla bərabər, eyni zamanda elə bir ötürücü halqadır ki, vəzifəsi həm yaratmaq, həm də yetişdirməkdir. Yazarı təbrikə gələn sənət dostları kitabı tarix üçün yazılan bir nümunə adlandırıb, ürək sözlərini, təbriklərini çatdırıblar.
Qeyd edək ki, “Alyaska kabusu” kitabının dizaynı da Z.Rəxşanın özünə məxsusdur.