manera.az
manera.az

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

📅 16.08.2018 16:58

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək
Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.

MANERA.AZ “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatına istinadən xəbər verir ki, sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgi AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək.

Sərgidə dörd Perulu rəssamın əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.


Baxış sayı - 1 015 | Yüklənmə tarixi: 16.08.2018 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031