manera.az
manera.az

Moldovalı rəssamların əsərləri sərgilənəcək

📅 21.11.2017 17:45

Moldovalı rəssamların əsərləri sərgilənəcək
Noyabrın 22-də İçərişəhərdə - “Art Tower” qalereyasında moldovalı rəssamlar İon və Yuliya Karkilanın sənət əsərlərində ibarət “Moldova gül poeziyasında” adı rəsm sərgisi açılacaq.

Bu barədə MANERA.AZ-a “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, eləcə də Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq.

O bildirib ki, dünya şöhrətli rəssamların sənət əsərləri indiyədək dünyanın ən məşhur rəsm qalereyalarında nümayiş olunub. Daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınan rəssamların Bakıda sözügedən məkanda 30-dən çox sənət əsərləri nümayiş ediləcək. Sərginin üç gün davam edəcəyi nəzərdə tutulur.


Baxış sayı - 1 160 | Yüklənmə tarixi: 21.11.2017 17:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031