manera.az
manera.az

“Nəsimi” filmi “YARAT”da göstəriləcək

📅 31.08.2018 16:39

“Nəsimi” filmi “YARAT”da göstəriləcək
“YARAT” Film Klubu sentyabrın 4-də rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmini kinosevərlərə təqdim edəcək.

MANERA.AZ-ın məlumatına görə, tədbirin xüsusi qonağı Azərbaycanın xalq artisti Rasim Balayevdir.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib.

Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə “Ən yaxşı kişi rolu” mükafatını qazanıb.


Baxış sayı - 1 470 | Yüklənmə tarixi: 31.08.2018 16:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031