manera.az
manera.az

Mövsüm “Davul səsi” tamaşası ilə açılacaq - Şəki

📅 05.09.2017 14:30

Mövsüm “Davul səsi”   tamaşası ilə açılacaq - Şəki
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi sentyabrın ikinci yarısında reallaşacaq yeni teatr mövsümünün açılış günündə tamaşaçılara türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə MANERA.AZ-a teatrın direktoru Hikmət Nəbili məlumat verib.

Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmmədova, Fidan Lətifova, Nərmin Abbasova və başqaları ifa edəcəklər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevindir.

Teatrda, eyni zamanda, danimarkalı yazıçı, məşhur nağılçı Hans Xristian Andersenin “Kralın təzə libası” nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər də yekunlaşmaq üzrədir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin sifarişi əsasında hazırlanan tamaşa sentyabrın sonunadək teatrsevərlərə təqdim olunacaq.


Baxış sayı - 1 287 | Yüklənmə tarixi: 05.09.2017 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930