manera.az
manera.az

Niyazi Mehdi Azərbaycan tarixindən kitab yazdı

📅 28.06.2018 16:02

Niyazi Mehdi Azərbaycan tarixindən kitab yazdı
Filosof, ədəbiyyatşünas Niyazi Mehdinin "Qəribə adamlar, qəribə olaylar" kitabı nəşr edilib.

Müəllifin rəyinə uyğun olaraq deyə bilərik ki, “Qəribə adamlar, qəribə olaylar” kitabı Azərbaycanı sevmək istəyən və bunun üçün təpər, enerji qazanmağa gərəyi olan adamlar üçün yazılıb, hərçənd kitab problemsiz Azərbaycanı sevənlər üçün də faydalıdır.

Kitabda bəhs edilən mövzular:

1. Azərbaycan tarixində düşündürücü və ibrətamiz olaylardan, insanlardan.
2. Azərbaycan tarixində qəribə hadisələrdən, qəribə hərəkətlər.
3. Azərbaycanda qəribə təbiət hadisələrindən.
4. Azərbaycan tarixində sarsıdıcı xəyanətlər və yaramazlıqlardan
5. Azərbaycanda ilk dəfə edilənlərdən
6. Azərbaycan dilində sözlərdən, deyimlərdən və ümumiyyətlə, Azərbaycanda dillərdən.
7. Аzərbaycanlılarda bəzək, əyin-baş və jest nişanlarından.
8. Azərbaycanlılarda qəribə adətlərdən.
9. Azərbaycan tarixindən məzəli hadisələrdən.

Müəllif kitabı yazmaqda məqsədini belə əsaslandırıb:

“«Azərbaycan» deyəndə və düşünəndə bizim ağlımıza içi bol dünya gəlmir. Adi psixoloji halımızda Azərbaycan bizə min yerə səpələnmiş, cilik-cilik olmuş şüşə kimi görünür. Adi psixoloji halımızda Azərbaycan olaylar və insanlar tündlüyündə, sıxlığında yox, seyrəklikdə, suda ərimiş duz yayğınlığında görünür. Ona görə də Azərbaycanı sıxıb bir kitab məkanında zilləndirən ensiklopediya tipində nəsnələrə gərək var. Bu kitabda mən Azərbaycan «konsentratnı» əldə etmək istəmişəm”.

“Qanun” nəşriyyatında çap olunan kitab artıq satışdadır.

MANERA.AZ


Baxış sayı - 1 198 | Yüklənmə tarixi: 28.06.2018 16:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031