manera.az
manera.az

Bu kitab ilk milli superqəhrəmanlarla yadda qalacaq

📅 19.04.2018 21:17

Bu kitab  ilk milli superqəhrəmanlarla yadda qalacaq
Yel kürəsinin şahzadəsi

Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir.

Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.

Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda, Atəşgahda, Qız Qalasında cərəyan edir. ASAN Könüllülük Məktəbinin məzunu olan gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrindədir.

Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab “TEAS Press” Nəşriyyatı Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunaraq tezliklə balaca oxuculara təqdim olunacaq.

MANERA.AZ


Baxış sayı - 1 567 | Yüklənmə tarixi: 19.04.2018 21:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031