manera.az
manera.az

İsveçdə Azərbaycan romanı

📅 30.04.2018 22:13

İsveçdə Azərbaycan romanı
Vahid Qazinin "Çöl Qala" romanı İsveçdə nəşr olunub.

MANERA.AZ xəbər verir ki, "Kirayənişinlər” ("Hyresgäster”) adı ilə "Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirib.

"Belə gözəl, təsirli hekayəti oxumağa imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm”. Bu sözləri kitabın naşiri, yazıçı Ulf Diktonius tərcüməçi Səadət Kərimiyə məktubunda yazıb.

Bu, İsveç dilində nəşr olunan sayca üçüncü Azərbaycan romanıdı. İndiyədək 1973-cü ildə Qurban Səidin "Əli və Nino”, 2000-ci ildə isə Çingiz Abdullayevin "Qaranlıq simfoniyası” çap olunmuşdu.

Nəzərə alsaq ki, bu gün İsveçdə 40-dan çox millətin nümayəndəsi yaşayır və İsveç dünyanın ən çox kitab oxunan ölkələrindən biridir, İsveçdə Azərbaycan romanının çap olunması ölkəmizin ədəbi-mədəni həyatında xoş hadisələrdən sayıla bilər.


Baxış sayı - 1 194 | Yüklənmə tarixi: 30.04.2018 22:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031