manera.az
manera.az

Soydaşımızın kitabı özbək dilində çıxıb

📅 27.10.2017 14:30

Soydaşımızın kitabı özbək dilində çıxıb
Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində İsveçdə yaşayan soydaşımız, yazıçı Eluca Atalının Daşkənddəki “Turon zamin ziyo” nəşriyyatında özbək dilində çap olunan “Özünü gətir” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, universitetin tələbə və müəllimləri iştirak ediblər.

Təqdimat mərasimini yazıçı Uluqbek Xamdam açaraq Eluca Atalının yaradıcılığı və yeni kitab haqqında məlumat verib. Deyilib ki, indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə yazıçının hekayə, roman, esse, şeir və dram əsərləri və digər janrlarda 18 kitabı çap olunub.
Soydaşımızın kitabı özbək dilində çıxıb
Kitabın tərcüməçisi Şermurad Subxon Eluca Atalı ilə yaradıcılıq əlaqələri və kitab üzərindəki işindən danışıb, əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

Eluca Atalı kitabın çapı və təqdimat mərasiminin keçirilməsi üçün təşkilatçılara təşəkkürünü bildirib, İsveçdəki fəaliyyəti haqqında məlumat verib. O deyib ki, Stokholmda Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə bağlı müxtəlif yığıncaqlar keçirilir və bu tədbirlərə Azərbaycandan da qonaqlar dəvət olunur.
Soydaşımızın kitabı özbək dilində çıxıb
O, gələcək planlarından da danışıb, tələbələrin müxtəlif suallarını cavablandırıb.


Baxış sayı - 1 343 | Yüklənmə tarixi: 27.10.2017 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031