manera.az
manera.az

Azərbaycanın qadın şairləri Beynəlxalq Ədəbiyyat Portalında

Azərbaycanın qadın şairləri Beynəlxalq Ədəbiyyat Portalında
Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı - "Sozvuçie" müstəqillik dövrü Azərbaycan qadın şairlərindən bir qrupunun şeirlərindən seçmələr verib.

MANERA.AZ xəbər verir ki, rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

"Qadın poeziyadır" başlıqlı təqdimatında K. Nəzirli poeziyamızın qadın nümayəndələrindən Leyla Əliyevanın, Nisəbəyimin, Sona Vəliyevanın, Afaq Şıxlının, Aysel Əlizadənin, Rəbiqə Nazimqızının, Təranə Məmmədin, Günel Eyvazlının, Jalə İsmayılın, Nigar Həsənzadənin, Xanım Aydının və Günel Şamilqızının şeirlərindən nümunələri MDB oxucularına təqdim edərək yazır: "...Bu gün Azərbaycan qadını sosial rifah naminə evdə də, çöldə də işləyir, ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq tribunalarda çıxış edir... bununla belə, Azərbaycan qadını poetik düşüncəsindən də qalmır, yaradıcılıqla məşğul olur, şeirlər yazır. Bu şeirləri tərəddüdsüz sənət nümunələri və poeziya adlandırmaq olar. Özü də bu şeirlər insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Bu şeirlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var..."

Azərbaycan şairlərinin yaradıcılığını qiymətləndirən K. Nəzirli daha sonra qeyd edir ki, ötən əsrin 90-ci illərindən sonra qadın şairlərimiz yaradıcılıqla daha fəal məşğul olmağa başlayıblar. "Bizim qadınların yaradıcılığında əsas mövzu sevgidir -İnsana Sevgi, doğma Evə, Ailəyə, Dosta sevgi, bütün dünyaya sevgidir. Qadın şairlərimiz dünyanın taleyi üçün kişilərdən heç də az narahat olmurlar...Yaradıcı qadınlarımız istər-istəməz ilk növbədə əcdadlarımızın bizə miras qoyduğu tarixi köklərimizə, ənənələrimizə bağlıdırlar. Bu gün onlar cəmiyyətdə mənəvi prosesə öz yaradıcılıqları ilə bir növ təkan verir, onu zənginləşdirirlər. Bu da damcı olsa da, dünya ədəbi prosesinə bir töhfədir..."

K.Nəzirli ədəbiyyatımıza, mədəniyyətimizə ardıcıl diqqət və qayğıyla yanaşdıqlarına görə Belarus İnformasiya nazirinin müavini Aleksandr Karlyukeviçə, MDB üzrə Ədəbiyyat Portalının rəhbərliyinə, xüsusilə tanınmış yazıçı və redaktor Anatoli Matviyenkoya təşəkkürünü bildirib..../525.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31