"Kulis.Az"-ın 7 yaşı oldu

Bu gün mədəniyyət portalı olan "Kulis.Az"-ın yaranmasının 7 ili tamam olur.
Ad günü ilə bağlı açıqlama verən "Kulis.Az"-ın baş redaktoru Şərif Ağayar gələcək planlardan da danışıb.
"Kulis.az-da həmişə yeni nələrsə etmişik. Yeni layihələrimiz yenə də olacaq. Hətta daha geniş, indiyədək olmayan layihələr gözlənilir. Amma ümumi prinsiplərimiz dəyişməyəcək: sayt ətrafında oxucunu saxlamaq, daha da artırmaq və onları kitaba, ədəbiyyata, mədəniyyətə yönəltmək. Eyni zamanda Kulisi bütün istedadlı, sağlam iddialı, azad fikirli və sözə səmimi sevgisi olan qələm adamlarının saytına çevirmək. Zatən belədir. Lakin bütün hallarda müəllif və oxucu çevrəmizi genişləndirmək haqda düşünürük." /adalet.az
P.S, Manera.az adından həmkarlarımızı təbrik edir, yaradıcılıq uğurları arzu edirik.