Hüseyn Cavid Sumqayıtda anılıb
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Akt zalında Azərbaycanın görkəmli dramaturqu, mütəfəkkir şairi Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
MANERA.AZ xəbər verir ki, tədbirdə qonaq qismində Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin müəllim və tələbə heyəti istirak etmişdi.
Tədbiri giriş sözü ilə Kollecin təlim-tərbiyyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq Kollecdə ardıcıl olaraq Respublika əhəmiyyətli günlərin, bir çox bayramların qeyd olunmasını söyləmiş, həmçinin Azərbaycan Respublikasının Prezidentinin sərəncamına görə Hüseyn Cavidin 135 illik yubiley tədbirinin Kollecimizdə qeyd olunmasının məqsədəuyğunluğundan söz açmışdı. Sonra tədbirin təşkilatçısı, gənc yazıçı Günel Eyvazlı Hüseyn Cavid haqqında olan fikirlərini tədbir iştirakçıları ilə bölüşərək tədbirin bədii hissəsini açıq elan etmişdi.
Tədbirdə Hüseyn Cavidin müxtəlif illərdə qələmə aldığı şeirləri, qəzəlləri söylənilmiş, “Topal Teymur” pyesindən bir hissə tələbələr tərəfindən yüksək səviyyədə səhnələşdirilmiş, şairin həyatından bəsh edən kadrlar, Sovet ideologiyasının represiya qurbanına çevrilən dəyərli ziyalılara həsr olunmuş video çarx nümayiş olunmuşdur.
Sonda Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin direktoru Mətanət Pirquliyeva tədbir haqqında, dahi mütəffəkir Hüseyn Cavid haqqında olan fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdü.