manera.az
manera.az

“Gedəsən dünyanın axırınacan” təqdim olundu

📅 12.11.2017 19:49

“Gedəsən dünyanın axırınacan” təqdim olundu
Noyabrın 11-i Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Klubunda görkəmli şair Ramiz Qusarçaylının yeni nəşr olunmuş “Gedəsən dünyanın axırınacan” adlı şeirlər kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə Poeziya Evinin rəhbəri şair İbrahim İlyaslı açaraq şairin yaradıcılığı haqqında ətraflı məlumat verdi.

Təqdimatda Respublikanın Əməkdar Artisti, mahir bədii qiraət ustası, şairin şeirlərinin əvəzsiz ifaçısı Ağalar Bayramov və tələbələri, həmçinin şairin qələm dostları iştirak edirdilər.

Əməkdar Artist Ağalar Bayramov şairin yaradıcılığına olan məhəbbətini dilə gətirdi və məşhur şeirlərindən ifa elədi.

Sonda müəllif oxucular üçün kitabını imzaladı.

Manera.az fotoqraf Şakir Rəhmanın tədbirdən çəkdiyi fotoları təqdim edir:

“Gedəsən dünyanın axırınacan” təqdim olundu
“Gedəsən dünyanın axırınacan” təqdim olundu
“Gedəsən dünyanın axırınacan” təqdim olundu


Baxış sayı - 1 394 | Yüklənmə tarixi: 12.11.2017 19:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031