manera.az
manera.az

Gənc yazarların Sumqayıt görüşü _MANERA

Gənc yazarların Sumqayıt görüşü _MANERA

MANERA.AZ-ın məlumatına görə, bu günlərdə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində, bu mədəniyyət ocağının və şəhər Mədəniyyət-Turizm İdarəsinin dəstəyi, Ə.Kərim adına “Poeziya Klubu”nun təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) Bakı və Sumqayıtda yaşayan üzvlərinin, habelə respublikanın bir sıra başqa şəhər və rayonundan gəlmiş istedadlı gənc yazarların iştirakı ilə görüş keçirilib.

2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə düzənlənən tədbiri giriş sözü ilə açan Ə.Kərim adına “Poeziya Klubu”nun direktoru, tanınmış şair İbrahim İlyaslı, tədbir haqqında, habelə Sumqayıtdakı mövzcud ədəbi durum barədə geniş bilgi verib, gəncləri təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra çıxış edən DGTYB Məsləhət Şurasının başqanı şair-publisist Əkbər Qoşalı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və Birliyin ötən il boyu həyata keçirdiyi tədbirlər və ümumi çalışmaları barədə danışıb, ədəbi gəncliyin bugünü, sabahı haqqında fikirlərini böülüşüb. Ə.Qoşalı bildirib ki, gənclərin yaradıcılıq yolunu, çəkdikləri zəhməti dəyərləndirmək və uğurlarını qiymətləndirmək gənclərimiz üçün bir stimuldur.

Daha sonra, “Türk Dünyasında söz verib söz almaq onun birliyinə səbəb olacaq” deyən AYB Sumqayıt Bolməsinin başqanı, tanınmış şair Sabir Sarvan, DGTYB-nin çalışmaları ilə yaxından tanış olduğunu deyərək, Birliyə yeni uğurlar arzulayıb.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin məsul əməkdaşı Arif Vəliyev çıxış edərək, gənclərə yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə iştirak edən şairlər – Dəyanət Osmanlı, Almaz Sahilə, Əyyub Qiyas, Əli Nəcəfxanlı, Süleyman Rəhimov adına Qubadlı Ədədbi-İctinmai Birliyinin başqanı Qafqaz Əvəzoğlu, həmin Birliyin və AJB-nin üzvü Eldar Xanlaroğlu, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək gənclərdə vətənpərvərlik duyğusunun önəmli olduğunu bildirərək, qeyd ediblər ki, toplumun gənc, yeni nəsil aydınlarına böyük ehtiyacı var; gənclər toplumun nəbzini tuta bilsələr, layiq olduqları zirvəyə çata biləcəklər.

Daha sonra gənc şairlər Ülkər Piri, Şəhanə Müşfiq, İntiqam Yaşar, Çinarə Ömray, Fuad Cəfərli, Sərvər Kamranlı, Ruslan Nadir, Şəfa Vəli, Günel Eyvazlı, Elşad Can və digərləri öz şeirlərini oxuyublar. İştirakçılar gənclərin şeirlərini maraqla qarşılayıb, dəfələrlə alqışlayıblar. Səid Rüstəmov adına UİM-in Skripkaçılar qrupunun rəngarəng musiqi nömrələri, gənc aşıq Anar Laçınlının ifa etdiyi havalar tədbiri daha da gözəlləşdirib.

Sonda gənc yazarlar və ifaçılar Poeziya Klubu ilə DGTYB-nin “Fəxri Fərman”ı ilə təltif edilib.

Onu da qeyd edək ki, görüşdə gənc və yeni nəsil yazarlarının kitabları, Azərbaycanda Atatürk Mər¬kəzi, DGTYB, “Türk Dünyası İnfo” İB, “Azərbaycan Yazarlar Klubu” İB-nin nəşrləri sərgilənirdi və sərgilənən kitablar, Poeziya Klubuna, “28 may” Mədəniyyət Evinə, Qubadlı Mədəniyyət və Turizm İdarəsinə, eləcə də, Sumqayıtın Mərkəzi Kitabxana Sisteminə hədiyyə edildi.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031