manera.az
manera.az

Nizami Cəfərov: “Biz qatilləri həbs etdirməmişik”

📅 26.02.2018 21:52

Nizami Cəfərov: “Biz qatilləri həbs etdirməmişik”
QHT rəhbərləri birgə bəyanat imzalayıblar

“613 insanın qətlə yetirilməsi, 8 ailənin məhv olunması, çoxlu uşaqların, qadınların, yaşlı insanların qətlə yetirilməsi və Xocalı adlı bir məkanın xəritədən silinməsi...bunlar çox faciəli bir haldır. 2008-ci ildən Azərbaycanda bu məsələ xüsusilə diqqət mərkəzindədir. Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə çox böyük bir kompaniya başlanıbdır. Bu “Xocalıya ədalət” kampaniyasıdır ki, artıq dünyada bir brendə çevrilibdir. Bu adi kampaniyalardan deyil. Bu Xocalı qurbanlarının xatirəsi üçün dəstək olacaq bir kampaniyadır. Bu kampaniyanın içərisində çoxlu kitablar nəşr olunur, tədbirlər keçirilir,siyasi-ictimai qurumlara müraciət olunur.”

Bu sözləri Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov QHT rəhbərlərinin Xocalı faciəsinin 26-ci ildönümü münasibətiylə hazırladıqları tədbirdə söyləyib.

N.Cəfərov: “Bu gün QHT-nın bu toplantısı da həm “Xocalıya ədalət” kampaniyasının dəstəklənməsi üçün, həm Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün çox əhəmiyyətlidir. QHT-lərin bir yerə yığışması,bu günü qeyd eləməsi, həm bir siyasi aksiyadır, həm də intellekt aksiyasıdır, insanpərvərlik aksiyasıdır.

Bu gün Ermənistan nə gündədi biz bilirik,bu gün onların kəndləri boşalır, Ermənistan hər cür saxtakarlığa gedir öz xalqına qarşı da.Bir ermənin adı həm Ermənistanda qeydiyyatdadı,həm Avropada qeydiyyatdadı, buna bənzər çox hadisələr var. Bu günkü Ermənistan dövləti faşist dövlətidir,hakimiyyəti təmsil edənlər Xocalı qatilləridir. Və çox maraqlıdır ki,bu gün biz bir dəfə də olsun beynəlxalq məhkəməyə müraciət edib bu qatilləri həbs etdirməmişik.”


Tədbirdə yazıçı-publisist, Borçalı İctimai Birliyinin sədri Şərif Kərimli ermənilərin törətdikləri vəhşiliklər barədə danışaraq, XVIII əsrdən başlanan erməni terrorizmi barədə maraqlı faktlar səsləndirmiş və Prezident İlham Əliyevin İrəvan xanlığını qaytarmaq barədə fikirlərinə cavab olaraq Gürcüstanın Borçalı bölgəsinin böyük bir hissəsinin də erməni əsarəti altında olduğunu xatırlatmışdır.

QHT rəhbərlərindən Çingiz Bayramov, Dəyanət Osmanlı, Elçin Hüseynbəyli, Səməd Vəkilov, Əlisəfa Mehdiyev, Hacı Azadə-Taleh Abbasqızı, Şamil Sabiroğlu, Radə Abbas, 1992-ci ildə Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev, Xocalı sakini, ailəsindən 5 nəfər şəhid vermiş Fitat Məmmədova, Kərkükdən, Türkiyədən gələn qonaqlar, tanınmış jurnalistlər, yazıçılar və digərləri çıxış ediblər.

Bildirilib ki, erməni təçavüzü nəticəsində itirilmiş torpaqlarımızı geri alanadək və Ermənistan kimi terrorçu dövlətin cinayətkar rəhbərlərinin ədalət məhkəməsində dayanacaqları günədək Xocalıya ədalət uğrunda mübarizə beynəlxalq müstəvidə davam etdirilməlidir.

Tədbirdə İraqdan-Kərkükdən Televiziya aparıcıları, jurnalist, şair Doktir Farrux Köprülü, Sirvan Uzunçaçlı, şair-sənətçi Eyup Kərküklü çıxış etdilər, Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda “Xocaliya ədalət” beynəlxalq kampaniyasina dəstək olaraq qeyri-hökumət təşkilatları birgə bəyanat imzalayıblar.

MANERA.AZ

Nizami Cəfərov: “Biz qatilləri həbs etdirməmişik”
Nizami Cəfərov: “Biz qatilləri həbs etdirməmişik”
Nizami Cəfərov: “Biz qatilləri həbs etdirməmişik”


Baxış sayı - 2 199 | Yüklənmə tarixi: 26.02.2018 21:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031