manera.az
manera.az

Azərbaycan ədəbi mühitində güclü gənclik yetişməkdədir...|MANERA.AZ

Azərbaycan ədəbi mühitində güclü gənclik yetişməkdədir...|MANERA.AZ
Manera.azManera.az
Mənə görə insanlığın tarixi nə qədər qədimdirsə, sözün, ədəbiyyatın da tarixi bir o qədər qədimdir. Köksümüz altında hər zaman çırpıntısını bütün varlığımızla duyduğumuz ürəyimiz bədii sözdən uzaq olmayıb. Deyirəm bəlkə də insan ilk dəfə odda yox, sözdə isinib. Əgər belə olmasaydı, indi ən çox ehtiyac duyduğumuz da söz olmazdı. Söz böyük qüvvədir. O bizi qoruyur, o bizi yaşadır, ruhumuzu təzələyir, qidalandırır, sehrində, cazibəsində saxlayır.

Ədəbiyyat dediyimiz mövcudluq bədii söz adlı bir xəzinədir. Bu xəzinəni bədii sözün çəkisi, yükü ilə yükləyənlər janrından, vəznindən. ölçüsündən asılı olmayaraq şairlər və yazıçılardır, onlar ürəkdən gələn sözün kamilliyinə, duyumuna, qəlb oxşamasına xüsusi diqqət yetirir, onu söz xiridarlarının ruhu qidası kimi qələmə alırlar.
Bu gün kitabların az tirajla çap olunması. geniş oxucu kütləsinə çatdırılmaması, az təbliğ olunması, hətta mən çəkinmədən deyərdim ki, heç təbliğ olunmaması oxucu qıtlığına gətirib çıxarır ki, bunun da ədəbiyyatımıza, sözümüzə çox böyük mənfi təsiri olur.

Bu gün insanlar tanıyıram ki, illərlə kitab oxumur, hətta əlinə alıb ötəri də olsa vərəqləmir, amma danışanda yekə-yekə deyir ki, bu gün nə yaxşı şair, nə də yaxşı yazıçı var. Elələrinə belə bir sadə məsləhətim var: Nə olar, heç olmasa ömründə bir dəfə yolunu kitab mağazasından sal, ilk rastına çıxan bir kitaba göz yetir vərəqlə və sonra hökm ver. Nə qədər yanıldığını, səhv etdiyini onda biləcəksən.

Qürurlandırıcı, fərəhləndirici bir olan faktı deyim. Bu gün Azərbaycan ədəbi mühitində çox güclü gənclik yetişməkdədir ki, bu nəsilin içində şairi, yazıçısı, tənqidçisi də var. Vaxt, zaman gələcək ki, bunlar haqqında deyiləcək: bu şair, yazıçı filan illərin ədəbi nəsilindəndir.

İlahi, bu nə dünyadır?
Sevinc də, qəm də ağladır!
Gəlmişəm şikayətinə,
Bəndəni bəndə ağladır!

Bu misralar şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyim, gələcəyinə inandığım gənc şair Azər Rəşidoğlunun "Ömür bumu..." kitabındandır. Elə bu misralarından məlum olur ki. Azər gələcəkdə ədəbiyyatımızın sevilən, seçilən, sayılan, dəyərləndirilən, oxunan şairlərindən biri olacaq.

Dünya yaman dəyişib, yaman. Dünən sevincinə sevindiyimiz, qəminə ağlayıb göz yaşı tökdüyümüz dünyanın bu gün sevincinə sevinə bilmirik, onu da qəminə,kədərinə,əzabına qatıb ağlayırıq.Axı niyə, nə oldu belə dünyaya birdən- birə, qabaqlar o belə deyildi, sevinciylə, qəminin, kədərinin arasında ölçüyə gəlməz fərq vardı? Azər Allahın qarşısında sual qaldırır və bu suala özü də cavab verir. Və ona xatırladır ki, ey ulu Tanrı, sən yaratdığına eyni gözlə baxdığına baxma, onlar bir-birinin qəniminə, qatilinə çevriliblər, güclü gücsüzü. haqsız haqlını, yalan həqiqəti, çirkin gözəli... əzib məhv edir. Azər şeirlərində yeni fikir, yeni söz demək istəyindədir. Gəlin aşağıdakı misralara diqqət yetirək:

Göyün budağını əymişəm,
Burda bar havası var.
və yaxud:
Allah, göz düşdü,dərdi nə?
Gözlər bilər, göz dərdi nə!


Nə gözəl bənzətmə. Burda şairin dili rəvan, səlist və oynaqdır.

Azərin kitabında sevgiyə, həsrətə, dünyaya, ölümə, torpağa, vətənə, itirilmiş el- ovaya və s.həsr olunmuş şeirlər var. Şair dərdi fərdin dərdi kimi yox,ümummilli dərd kimi verir. Və bu dərdi el-oba itirənlər və itirməyənlər də çəkir,özü də göynəyə- göynəyə. sızlaya- sızlaya.

Tanrı hər bir insana bir ömür payı verir və insan da bu ömrü istədiyi kimi yaşamaq istəyir. Bu yolda çətinliklərdən keçir, çalışır, vuruşur, amma bəzən istədiyi alınmır. Şair onda belə deyir:

Gözlərim həsrətli,
Yollarım bağlı.
Ürəyim əllərdə,
Qollarım bağlı.
Qucağım...yesirdi,
Yaslı, yaralı.
Mən belə yaşamağı,
İstəməmişdim.

Azərin poeziya dili rəvandır, fikri səlisdir, heç kiminkinə bənzəməyən təsvir vasitələri var, duyumu, müşahidələri orjinaldır.

Qayıt, yaşaya bilmirəm,
Ömrüm borandı, yağışdı.
Yollar küsdü ayağımdan,
Köçdü uzağa yığışdı.


Yadımdadır Azərin kitab təqdimatında orta məktəb müəllimi belə bir ifadə işlətdi: "Axər ya böyük şair olacaq, ya da heç kim".Çox şükür ki, "Ömür bumu..." kitabı onu deməyə əsas verir ki, deyəsən Azər Rəşidoğlu poeziyası böyük istedadın, alovlu ilhamın məhsuludur. Mayası istedad və ilhamla yoğrulan sənətin ömrü əbədi. yaşarı və daimadır. Mən əminliklə deyə bilərəm ki, gənc dostum Azərin oxuculara təqdim olunan "Ömür bumu..." kitabı sözə, şairə dəyər verib qiymətləndirən poeziya sevərlərin masasını bəzəyəcək.

Məhərrəm ŞəmkirliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031