manera.az
manera.az

“Qardaş məktəb”lərin konserti olub - MANERA.AZ

📅 15.02.2018 16:33

“Qardaş məktəb”lərin  konserti olub - MANERA.AZ
Türkiyə ilə Azərbaycan arasında “Qardaş məktəb” layihəsi çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya gəlib.

Manera.az xəbər verir ki, bu gün Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında Türkiyədən gəlmiş məktəblilərin konserti olub.

Konsert İncəsənət Gimnaziyası ilə Bursa Zeki Müren İncəsənət Liseyi arasında “qardaş məktəb” layihəsi çərçivəsində keçirilib.

Konsert proqramında İncəsənət Gimnaziyasının və Bursa Zeki Müren İncəsənət Liseyinin məktəblilərinin ifasında müxtəlif Azərbaycan və Türkiyə musiqiləri ifa olunub.

Həmçinin tədbirin açılışında Azerbaycan Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev çıxış edərək sahəsində bu protokolu dəstəklədiklərini çünki bu bizim qardaşlığımızı daha da möhkəmləndirəcəyini və bu iki məktəbin qardaşlığının bütün məktəblərə örnək olması lazım olduğunu dedi.


AMK yanında gimnaziyanın müdiri Aytən Əhmədova çıxış edərək, bu əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini, həmçinin layihənin müəllifinin və baş kuratorun tanınmış rəssam Günay Mehdizadə olduğunu bildirdi. Türkiyədən gələn “Zəki Mürən Liseyi”nin müdiri Rəmzi Ayaz da gimnaziya gəlişindən məmun olduğunu dedi: “Bu məktəblə işbirliyimiz iki qardaş xalqın gələcəyinə yeni əsərlər verəcəyindən ümidvaram. O həmçinin bu işbirliyini ondan öncəki müdir Seyfəddin bəyin və Aslı müəllimənin başladığını qeyd etdi. Həmçinin, onlara göstərilən qonaqpərvərlik və yüksək səviyyədə qarşılandıqlarını dilə gətirərək, təşkilatçılar Günay və Aytən xanıma təşəkkür etdi. Açılışda Azərbaycan Milli Konservatoriyasının rektoru xalq artisti Siyavuş Kərimi, bu layihəni yüksək səviyyədə təşkil etdiyini və bu əməkdaşlığın yüksək töhvələr verəcəyini əmin olduğunu bildirdi.

“Qardaş məktəb”lərin  konserti olub - MANERA.AZ

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri şair, yazar Dr. İrfan Çiftçi çıxış edərək 100 ildə bu iki sənət məktəbinin əməkdaşlığının iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində, xüsusən gənclər arasındakı sənət layihələrin böyük önəm daşıdığını qeyd etdi.
“Qardaş məktəb”lərin  konserti olub - MANERA.AZ

Türk tələbələrin, Azərbaycan sənətçilərinin, tələbələrin də Türk bəstəkarlarının əsərlərini sonda birlikdə ifa etdikləri konsert tələbələrinin rəngarəng oyunu ilə başa çatdı. Konsert proqramının sonunda gimnaziyada təşkil olunmuş Türkiyə- Azərbaycan qardaşlığını əks etdirən sərginin də açılışı olub. Açlışa və proqrama adı çəkilənlərdən başqa Mehriban Zəki, Suğra Bağırzadə kimi çox sayıda tanınmış sənətçilər də iştirak etdilər. Sərgi Türkiyədən və Azərbaycandan gələn bütün iştirakçıların birgə açılış ilə açıq elan edildi.

Qeyd edək ki, iki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgilərin konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur.

“Qardaş məktəb”lərin  konserti olub - MANERA.AZ



Baxış sayı - 1 666 | Yüklənmə tarixi: 15.02.2018 16:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031