Manera.az- "Yeddilik" layihəsində yeddi suala müxtəlif cavablar verilir. Bu layihədə qısa sual və cavablar verilməklə, tanınan insanların dünyagörüşlərinə, həyata baxışlarına şahid olacağıq. Müsahibim şair Oğuz Ayvazdır.
- Niyə Yer “kürə” formasındadır?-Yer Tanrının yumurtasıdır
- Adam olmaq çətindi, ya insan?Adam olmaqla insan arasında sənət var.
- Başqa planetlərdə həyat varmı?Xəyallarımızda milyonlarca planetlər var…
- Ən böyük cinayət nədir?Ən böyük cinayət müharibədir.
- Bağışlamaq yoxsa unutmaq?Unutmağa çalışdığım adamlardan bir ölkə qurardım.
- Unutmadığınız söz...Həyat yuxuda da öz sonuna doğru gedir.
- Özünüzə sualınız....Ata olmağa hazıram?
Tural Cəfərli
Manera.az
Baxış sayı - 2 188 |
Yüklənmə tarixi: 09.02.2018 17:14