Manera.az- "Yeddilik" layihəsində yeddi suala müxtəlif cavablar verilir. Bu layihədə qısa sual və cavablar verilməklə, tanınan insanların dünyagörüşlərinə, həyata baxışlarına şahid olacağıq. Müsahibim jurnalist Tural İsmayılovdur.
-
Niyə Yer “kürə” formasındadır?Çünki Yer özündə daşıdığı bütün canlı və cansız varlıqlarla bir ahəng şəklindədir. Yer həm də insanların "dönmələrinə" görə də simvolik olaraq kürə formasındadır. Biz hamımız Yerlə bərabər fırlanırıq və fırladırıq.
-
Adam olmaq çətindi, ya insan?İnsan olmaq bioloji prosesdir. Ata analarımızın bizdən soruşmadan bizi ərsəyə gətirmə prosesidir. Adam olmaq isə özündə etik və mənəvi tamlığı əxz etdirən mürəkkəb aktdır, bunu bacarmaq lazımdır.
-
Başqa planetlərdə həyat varmı?Başqa planetlərdə mütləq ki, həyat var. Bizdən milyon işıq ili uzaqlıqdakı qalaktikalarda nə olduğunu təsəvvür belə edə bilmərik.
-
Ən böyük cinayət nədir?Hüquqi baxımdan adam öldürmək, mənəvi baxımdan isə insanın iç dünyasını "öldürmək".
-
Bağışlamaq yoxsa unutmaq?Əslində unutmaq. Amma biz yaradıcı adamlar hamımız bağışlayırıq və ona görə, tez-tez uduzuruq.
-
Unutmadığınız söz...Qadın sözü qadın bədənindən də gözəldir.
-
Özünüzə sualınız....Niyə mental qadağalara sən də məğlub olursan?
Tural Cəfərli
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.