Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara sənətşünas Elçin Əlibəyli cavab verir:
Niyə varsan?- Varam ki?
Niyə yox olacaqsan?- Yox.
Niyə yazırsan?- Oxuyuram.
Yaşamaq nədir?- Bioloji hadisə.
Ölüm nədir?- Bioloji hadisənin bitməyi.
Ədalət nədir?- Görmədiyim şeyi necə təsvir edim?
Azadlıq nədir?- Yuxularım.
Yaradıcılıq nədir?- Mənəvi ekstaz.
İnsan kimdir?- “Nə” ni “kim” kimi təqdim edən.
Tural İsmayılov,
MANERA.AZ
Baxış sayı - 2 079 |
Yüklənmə tarixi: 01.12.2016 13:29