“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara blogger Günel Fərhadqızı cavab verir.- Niyə varsan?- Dünya əhalisi üzrə statistikanı artırmaq üçün. Kiminsə yerini tutmaq üçün.
- Niyə yox olacaqsan?- Yerimi kiməsə vermək üçün. Yersiz gəlib, yerlə qaçmaq, yersiz yer tapıb, sonra yersiz qalmaq üçün.
- Niyə yazırsan?- Bir enerji var, bir qüvvə var, o yazdırır. O enerji və qüvvəyə tabeyəm.
- Yaşamaq nədir?- Doğulduğun andan ölənədək bütün həyatın, mübarizən
- Ölüm nədir?- Məni başqa insanların itirməsidir. İnsanları yalnız o öləndə itirmək olur.
- Ədalət nədir?- Doğruların və həqiqətlərin bərpa edilməsi və qorunması bərabərlikdir.
- Azadlıq nədir?- Heç nəyə və heç kimə tabe olmamaq, özün olmaq və özünə görə yaşamaqdır.
- Yaradıcılıq nədir?- Yaratmağı bacaran insanların məhsuludur. Ən böyük yaradıcılıq isə təbiətə məxsusdur.
- İnsan kimdir?- Hər kəsə insan demək olmur, çünki şüur yoxdur bəzilərində.
Tural İsmyılov,
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.