manera.az
manera.az

Tural Turanın şeirləri özbək dilində

📅 23.01.2018 14:48

Tural Turanın şeirləri özbək dilində
Bu günlərdə AYB-nin üzvü, gənc şair Tural Turanın Özbək türkcəsində "QARANLIĞIN AYDINLIQ ADI" adlı şeirlər kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "ÇapArt" nəşrlər evində nəşr olunan kitabda müəllifin son illərdə yazdığı şeirlerdən seçmələr yer alıb.

Qeyd edək ki, şeirləri özbək türkcəsinə çevirən şair- tərcüməçi Şahista Artıqova-Kamranlı, kitabın redaktoru filologiya elmləri doktoru Yaşar Qasım, ön sözün müəllifi isə Özbəkistan Yozuvçular Uyuşmasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Akif Azalpdır.

Onu da qeyd edək ki, Tural Turan bundan öncə-müxtəlif illərdə (Azərbaycan türkcəsində) çap olunan üç şeirlər kitabının müəllifidir.


Baxış sayı - 2 779 | Yüklənmə tarixi: 23.01.2018 14:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031