manera.az
manera.az

tək ayaqlı bir qadınla evlən, amma şeir yazma |Bukovski

📅 23.01.2018 13:36

tək ayaqlı bir qadınla evlən, amma şeir yazma |Bukovski
***
Dəvəyə min
Incil oxu
Ayaqqabılarını maviyə boya
Saqqal saxla
Kağız bir qayıqla gəz dünyanı
“the saturday evening post”a abunə ol
yeməyi ağzının sol tərəfində çeynə
tək ayaqlı bir qadınla evlən
küt ülgüclə təraş ol
və qadının qoluna adını döydür
benzinlə fırçala dişlərini
bütün günü yat və gecə ağaclara dırmaş
keşiş ol
viskini pivəylə iç
başını suyun altında saxla
və skripka çal
şam işığında göbək at
itini öldür
bələdiyyə sədrliyinə namizəd ol
çəlləyin içində yaşa
baltayla başını yar
yağışda lalə ək
Amma şeir yazma!

Müəllif: Çarlz Bukovski


Baxış sayı - 1 685 | Yüklənmə tarixi: 23.01.2018 13:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031