manera.az
manera.az

“Moşu” olmaq “Rasim Qafarovic” olmaqdan yaxşıdı… | MANERA.AZ

📅 14.07.2015 14:43

“Moşu” olmaq “Rasim Qafarovic” olmaqdan yaxşıdı… | MANERA.AZ
manera.az
Həyatda bəzən elə anlar olur ki, onları heç nəylə alamaq olmur. Bir zamanlar Fudbol üzrə Cenpionlar liqasından əvvəl efirdə gedən lap o məhşur reklamda deyildiyi kimi Master və Tibet kart.Ancaq indi sizə dediyim o anı hətta o kartlarla belə almaq mümük deyildi. Mən orta məktəbdə oxduğum illərdə tarix ədəbiyyat və fizikanı fənnini çox sevmişdim. On birinci sinifdə oxuyanda bir də coğrafiya fənnini sevdim. Amma adını çəkdiyim fənnlərdən ədəbiyyat və tarix həyatımı dəyişən fənlər sırasına daxil oldu. Atam evimizdə daima görkəmli ədiblərdən danışar tarixə ekskursiya edərdi. Ən çoxda Nizamidən Füzulidən danışardı. Deyərdi ki, Nizami Füzuli lojada, yerdə qalan şairlərsə zalada əyləşib.

Əgər fikir vermisinzsə şəhərimizdəki Nizami Gəncəvinin heykəli yuxarıda üzü ədəbiyyat muzeyinə tərəfdi. Məhəmməd Füzuli başda olmaqla bütün şairlərsə sırayla üzü Nizami Gəncəvinin heykəlinə baxır.

Yəqin nə dediyimi başadüşdünüz. Bütün şairlər Gəncəvidən dərs almışlar.Mən bunu ilk dəfə görüb dərk edəndə heyrətimi gizlədə bilmədim. Bu hadisəni dərk etdiyim hadisələr sırasına istəyərək sevərək və qürurla daxil elədim. Açığı bu fikir sıradan bir memarın sıradan arxitekdur beyn məhsulu olabilməzdi.Bu fikir yalnız o məşhur əsərdə olduğu kimi həssas ruhun məhsulu ola bilərdi...

Mətləbdən uzaq düşməyək.

Xatirinizdədirsə Vaqif Səmədoğlunun ssenarisini yazdığı Ramiz Əzizbəyli rejissoru olduğu “Bəxt üzüyü” filiminin uğurlu bir personaji va- Şair Moşu. Əslində mənim üçün orda hər bir personaj uğurludur, istər piyanska Hüseyn, istər Tanrıverdi dayı, istər Söylü , Sevda, lap o balaca Sevincdə uğurlu personajdı. Amma nədənsə insanımız, cəmiyyətimiz bunların içində bilmirəm niyəsə Moşunu xüsusi sevdi. Ya avvamlığına ya xoşbətliyə axtardığı qafiyəyə , ya dürüstlüyünə ,ya qadınına etmədiyi xəyanətinə ya da cəsarətinə görə. Bilmirəm bunların hansıdı amma insanımız sevdi Moşunu. Amma eyni zamanda da Moşunu elə sevdiyi qədər də incitdi. Moşunu nə Vaqif Səmədoğlu, nə də Ramiz Əzizbəyli o qədər incitmədi.

Mən film, ordakı hadisələr, personajlar xüsusi ilə də Moşu haqqında çox fikir bildirməyəcəm çün ehtiyac yoxdu. İnanıram ki, bütün şairlərə gah dostyana, zarafatla, gah ələ salamaq məqsədiylə istər arxasınca, istər üzünə “Moşu” deyən çox olub və indi də var.

Amma fikrimcə cəmiyyətimizdə Moşu olmaq Rasim Qafarovic olmaqdan yaxşıdır.

P.S. Bu il Şairlər günündə atam ilk dəfə "təbrik edirəm şair" deyə məni təbrik etdi...

Fuad Cəfərli


Baxış sayı - 2 354 | Yüklənmə tarixi: 14.07.2015 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031