manera.az
manera.az

Bibiheybətdə Nəriman Həsənzadə ilə görüş

📅 17.01.2018 12:57

Bibiheybətdə Nəriman Həsənzadə ilə görüş
Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli orta məktəbdə Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı bədii gecə keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin, YAP Səbail Rayon təşkilatının, ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Həsənova Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib. Onun ədəbiyyata xidmətlərindən danışıb.

Sonra N.Həsənzadə məktəb, universitet barədə xatirələrindən, yaradıcılığından, Heydər Əliyevlə görüşlərindən danışıb, şeirlərindən bir neçəsini deyib. Çoxsaylı sualları cavablandırıb.

Şagirdlərin ifasında şairin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, bədii kompozisiya nümayiş etdirilib.

Sonda qonağa məktəblilərin hazırladıqları hədiyyələr təqdim olunub.../525.az/


Baxış sayı - 1 689 | Yüklənmə tarixi: 17.01.2018 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031