Manera az saytı Ümid Həsənovun şeirini təqdim edir.
Bizi aldatmadılar,
yalançı deyilmişlər...
Arzularımızı üzərlik kimi yandırdılar,
gözə gəlməsinlər deyə...
Əllərimizi soyuğa öyrətdik,
Yaşaya bilmədik içimizdəki adam ilə...
Vərdiş edə bilmədik unutmağı,
Amma əclaflar çox pis unutdular...
Qazancımız xatirələr oldu,
Sata bilmədik onları,
Onu da satmaq,
Onlara oxşamaq olardı...
Sevənləri zaman yıxdı,
Bir də ayağa qalxmağa
Zamanları olmadı...
MANERA AZ
Baxış sayı - 1 309 |
Yüklənmə tarixi: 09.01.2018 18:42